Penaltini qaçıran Mahir Emreliyə yoldaşları belə dəstək oldu — VİDEO

İDMAN 18 iyl 2021, 09:50
Futbol üzrə Polşa Super Kubokunun sahibi müəyyənləşib.

Demokrat.az xəbər verir ki, "Legiya" və "Rakuv" komandalarının qarşılamasının əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

"Legiya"nın bərabərlik qolunu 90+3-cü dəqiqədə Azərbaycan millisinin futbolçusu Mahir Emreli vurub. Bu qol sayəsində oyun əlavə vaxta və penaltilər seriyasınadək uzanıb.

Lakin 11 metrlik zərbələr zamanı "Rakuv" daha dəqiq olub - 4:3. "Legiya"nın penaltilərindən birini Emreli qaçırıb.

Penaltini qaçıran Mahir Emreliyə oyundan sonra komanda yoldaşları dəstək olublar. 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top