Azərbaycan Qırğızıstana 40 min doza peyvənd göndərdi

XARİCİ SİYASƏT 17 iyl 2021, 09:35
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə Qırğız Respublikasına humanitar yardım göndərilib.

Bu barədə "Report"a Azərbaycanın Qırğız Respublikasındakı Səfirliyindən məlumat verilib.

Beləliklə, iyulun 16-da 40 min doza AstraZeneca peyvəndini daşıyan təyyarə Qırğızıstanın “Manas” Beynəlxalq Hava Limanında eniş edib.

Yükü Azərbaycan tərəfdən - Azərbaycanın Qırğız Respublikasında Səfirliyinin diplomatları, Qırğızıstan tərəfdən - xarici işlər nazirinin müavini Əzizbek Madmarov, Səhiyyə və Sosial İnkişaf Nazirliyinin stats-katibi Japarkul Taşiyev və Respublika İmmunoprofilaktika Mərkəzinin direktoru Gülbara İşenapisova qəbul ediblər.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top