Emin Əmrullayev ona vəzifə verdi


GÜNDƏM 16 iyl 2021, 16:57
Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Rəşad Kazımov Azərbaycan Texniki Universitetində (AzTU) Maliyyə-təsərrüfat işləri üzrə prorektor vəzifəsinə təyin olunub.

AzTU-dan verilən məlumata görə, rektor Vilayət Vəliyev yeni prorektoru kollektivə təqdim edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Rektor bildirib ki, Maliyyə-təsərrüfat işləri üzrə prorektor vəzifəsi AzTU-da yeni təsis olunub.

Qeyd edək ki, Rəşad Kazımov 1993-1997-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, 1997-1999-cu illərdə isə dünya siyasi prosesləri və beynəlxalq əlaqələr nəzəriyyəsi ixtisasi üzrə magistr pilləsini bitirib. 2003-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin aspiranturasında təhsil alıb. O, iqtisad üzrə fəlsəfə doktorudur. Rəşad Kazımov hazırkı təyinatına kimi AzTU-nun “İqtisadiyyat və təminat” şöbəsinin müdiri vəzifəsində işləyib.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top