GESCO mühafizə şirkəti Bakıda AVRO-2020-nin mühafizəsini uğurla təmin etdi — FOTO/VİDEO


SOSİAL 15 iyl 2021, 19:20

GESCO mühafizə şirkəti Bakıda AVRO-2020-nin mühafizəsini uğurla təmin etdi - FOTO/VİDEO
2021-ci ildə Azərbaycanın paytaxtı ən çox gözlənilən dünya səviyyəli idman tədbirlərindən birinə - 2020-ci il futbol üzrə Avropa çempionatına ev sahibliyi edən şəhərlərdən biri oldu.

Futbol üzrə Avropa çempionatının oyunları möhtəşəm bir hadisədir, çətin ki, onunla populyarlıq və miqyasına görə başqa bir hadisə müqayisə olunsun.

Qeyd edək ki, Bakının ilk dəfə qəbul etdiyi Avropa çempionatı yüksək səviyyədə keçdi ki, bu da Azərbaycanın imicinə, ölkənin dünyada tanınmasına və xarici turistlərin bura cəlb olunmasına müsbət təsir göstərdi və bundan sonra da göstərəcək.

UEFA AVRO-2020-nin dörd oyununu yüksək səviyyədə təşkil etdiyinə görə rəsmi şəkildə Azərbaycana təşəkkür etdi, eyni zamanda tədbirin böyük uğurunu qeyd etməklə yanaşı qonaqpərvər, günəşli Bakıda bu idman layihəsi üzərində işləyən hər kəsə təşəkkürünü bildirdi. AVRO-2020-nin Bakıdakı oyunlarına hazırlığın və keçirilməsinin təşkilini yaxşılaşdırmaq, eləcə də oyunlar zamanı ictimai asayişi və iştirakçıların, tamaşaçıların mühafizəsini təmin etmək işinə müxtəlif miqyaslı kütləvi tədbirlərdə çoxillik təcrübəsi olan GESCO mühafizə şirkəti cəlb edildi.

Razılaşın ki, futbol heç şübhəsiz ən populyar idman növüdür. Ancaq ekran qarşısında oyunları izləmək, hislərin coşduğu və bəzən gözlənilməz hadisələrin baş verə biləcəyi Bakı Olimpiya Stadionunun tribunasında olmaqdan olduqca fərqlidir. AVRO-2020 oyunlarına müəyyən sayda futbol azarkeşinin gəlməsi üçün (xatırladaq ki, COVID-19 pandemiyası səbəbindən oyunlardakı azarkeşlərin sayına məhdudiyyət qoyulmuşdu) mühafizə məsələlərinə xüsusi diqqətlə yanaşmaq lazım idi. Bu məsuliyyətli işi öz üzərinə götürən GESCO oyunlarda iştirak edən bütün tamaşaçıların mühafizəsini tam təmin etməklə yüksək koordinasiyalı peşəkar iş nümayiş etdirdi.

GESCO-nun ortaq hədəflər və ideyalar ətrafında birləşən məqsədyönlü və motivasiyalı insanlardan ibarət yüksək peşəkarlığa malik komandası, AVRO-2020 futbol oyunları zamanı hər bir tamaşaçının mühafizəsinin təmin olunmasına, onların sağlamlıqlarının qorunmasına, canlarına və mallarına olan mümkün təhdidlərin qarşısının alınmasına xüsusi diqqət yetirərək, Bakı Olimpiya Stadionu və ona bitişik ərazi üzərində tam mühafizə nəzarəti həyata keçirdi.

GESCO-nun yeni texnologiyaları və imkanları fəal şəkildə öz işinə inteqrasiya etdiyini, əldə etdiyi bilikləri beynəlxalq təcrübə və keyfiyyət standartları ilə uğurla birləşdirdiyini, bütün bunların isə mühafizə şirkətinin işini qüsursuz hala gətirdiyini xüsusi vurğulamaq lazımdır. AVRO-2020-nin mühafizəsinin təmin olunması da istisna olmadı, yuxarıda qeyd olunanların hamısı praktikada uğurla tətbiq olundu.

GESCO əməkdaşları AVRO-2020 ərəfəsində Bakı küçələrində baş tutan parlaq fan-paradda olduğu kimi dörd futbol oyunu zamanı da ictimai asayişi qoruyaraq ictimai mühafizəni təmin etdilər. Mühafizə şirkəti GESCO, Bakıda keçirilən ən böyük dünya səviyyəli idman tədbirinin mühafizəsini təmin etmək üçün qarşıya qoyulmuş vəzifələrin yüksək keyfiyyətlə yerinə yetirilməsinə yönəlmiş hədəflərin öhdəsindən uğurla gəldi!

“GESCO” ASC 26 may 2005-ci ildə təsis edilib. 16 illik iş təcrübəsinə malik olan şirkət təkcə Bakıda deyil, həm də ölkənin müxtəlif bölgələrində mühafizə xidmətləri aparır. GESCO-da işçilərin peşəkarlığı, fəaliyyətləri və xidmət səviyyəsi ildən ilə artır, göstərilən xidmət isə daha etibarlı və daha keyfiyyətli olur. 2017-ci ilədək yerli, 2017-ci ildən etibarən isə xarici təcrübədən istifadə edən GESCO inkişafa, dünya praktikasına və daha keyfiyyətli xidmətlər göstərməyə can ataraq standartlaşdırma üzrə beynəlxalq təşkilatların standartlarını təqdim edir.

Bu gün GESCO-nun 2 400-dən çox peşəkar işçisi var. Şirkət həm yerli, həm də xarici şirkətlərlə uğurla əməkdaşlıq edir. Şirkətin rəsmi saytından bu barədə daha ətraflı öyrənə bilərsiniz.





Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 sen 2021, 23:37
Top