"Neftçi" əzmkar qələbə ilə növbəti mərhələdə

İDMAN 14 iyl 2021, 22:59
Azərbaycan çempionu “Neftçi” avrokuboklarda növbəti oyununu keçirib.

Demokrat.az-ın məlumatına görə, Bakı klubu Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçına çıxıb.

Paytaxt təmsilçisi “Bakcell Arena”da Tbilisi “Dinamo”sunu qəbul edib. Gürcüstan təmsilçisi ilə görüş Azərbaycan komandasının ev oyununda azarkeşlərin olması ilə diqqət çəkib. 492 günlük fasilədən sonra tamaşaçılar ölkəmizin təmsilçisinin matçında iştirak edib.

Bu, “Neftçi”nin Çempionlar Liqasında 20-ci sınağı olub. Səfərdə 2:1 hesabı ilə qalib gələn Samir Abasovun yetirmələri bu dəfə də meydanı qələbə ilə tərk edib. 

Düzdür, bütün qolları ikinci hissədə vurulan matçda hesabı qonaqlar açıb. Lakin Tbilisidə qol sevinci yaşayan Emin Mahmudovla Namik Ələskərov bu dəfə də rəqib qapısına yol tapıb. Bu, bakılılara yenə eyni – 2:1 hesabı ilə, bu dəfə əzmkar qələbə qazanmaq imkanı verib.

Bununla da “ağ-qaralar” Çempionlar Liqasının II təsnifat mərhələsinə yüksəlib. Bakılılar bu raundda Yunanıstan çempionu “Olimpiakos”la üz-üzə gələcək.

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunu iyulun 21-də, cavab görüşü 28-də baş tutacaq. “Neftçi” mərhələyə səfərdə başlayacaq.

Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunu
14 iyul

21:00. “Neftçi” (Azərbaycan) – “Dinamo” (Tbilisi, Gürcüstan) - 2:1

Qollar: Emin Mahmudov, 58 (pen.), Namik Ələskərov, 68 - Milan Radin, 51
Baş hakim: Dumitru Muntean (Moldova)

“Neftçi”: 30. Aqil Məmmədov, 20. Mərt Çelik, 3. Mamadu Mbodj, 6. Voislav Stankoviç, 26. Ömər Buludov, 8. Emin Mahmudov (k), 36. Mamadu Kane, 29. Sabir Buqrin, 24. Yusuf Laval, 10. Sezar Meza Kolli, 7. Namik Ələskərov
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 94. Əlirza Müştəbəzadə, 19. Fəhmin Muradbəyli, 11. Harramiz Suares, 21. İsmayıl Zülfüqarlı, 22. Mirabdulla Abbasov, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov
Baş məşqçi: Samir Abasov

“Dinamo”: 30. Roin Kvasxvadze, 22. Fabian Mitçel Sporkslede, 39. Saba Xvadaqiani, 15. Giorgi Papava (k), 19. Simon Qbeqnon, 12. Levan Xarabadze, 8. Milan Radin, 6. Bakar Kardava, 21. Giorgi Kutsia, 32. Zoran Marusiç, 9. Giorgi Qabedava
Ehtiyat oyunçular: 1. Luka Kutaladze, 13. Omar Migineyşvili, 3. Aleksandre Kalandadze, 5. Davit Kobouri, 17. Tornike Axvlediani, 18. Barnes Osei, 24. Nodari İaşvili, 25. Tomike Morçiladze, 27. Anzor Mekvabişvili, 31. Giorgi Çxetiani, 38. Nodari Kavtaradze
Baş məşqçi: Kaxaber Sxadadze
Bakı. “Bakcell Arena”

Apasport.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top