Yayın sevimli içkisi kvas necə olmalıdır? — VİDEO

SOSİAL 14 iyl 2021, 18:28
Yay mövsümündə sərinləşdirici içkilərə tələbat artır. Ən çox istifadə olunan sərinləşdirici içkilərdən biri də kvasdır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov kvasın satışı məsələsinə aydınlıq gətirib:

“Kvas satışı qida zəncirində iştirak edən hər bir hüquqi və fiziki şəxs müəyyən təhlükəsizlik sertifikatlarına malik olmalıdır”.

O əlavə olaraq qeyd edib ki, sertifikatlar satıcılarda olmalıdır.

Bu mövzu ilə bağlı qida üzrə baş mütəxəssis Ağa Salamov da açıqlama verib.

O bildirib ki, kvas şəffaf, çöküntüsüz və köpüklü olmalıdır. Dadında turşuluq olarsa, demək ki, o kvas köhnədir.

Daha ətraflı Baku Tv-nin süjetində:
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top