Turandan Şuşada ağlayan Zaura atmaca: “Oranı azad edən oğlanlar, görəsən, nə düşünür?”


ŞOU-BİZNES 13 iyl 2021, 17:46
“Şuşanı azad edən oğlanlar, görəsən, baş verənlərə baxıb nə düşünürlər?

Demokrat.az xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı Turan İbrahimov şəxsi "Facebook" səhifəsində yazıb:

“Qayalardan, dar cığırlardan min bir əziyyətlə dırmanıb dişiylə-dırnağıyla, qanıyla-canıyla möcüzəvi bir şəkildə Şuşanı azad edən oğlanlardan sağ qalanlar, görəsən baş verənlərə baxıb nə düşünürlər?! Heç yerə yozmayın. Sadəcə səsli düşündüm…”

Qeyd edək ki, ötən həftə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin Şuşaya səfəri baş tutub. Onlar arasında Zaur Baxşəliyev də olub.

Şuşadan və Gövhər Ağa məscidindən kadrlar paylaşan aparıcı hər kəsi kövrəldib. Şuşaya daxil olarkən göz yaşlarına hakim ola bilməyib.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top