Azərbaycan-Türkiyə Birgə Media Platforması çərçivəsində seminar keçirildi

MEDİA 13 iyl 2021, 15:39
Azərbaycan–Türkiyə Birgə Media Platforması çərçivəsində “Televiziya reytinqlərinin ölçülməsi sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi” mövzusunda tədbir təşkil olunub.

2021-ci il iyulun 13-də Milli Televiziya və Radio Şurasının və Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Azərbaycan–Türkiyə Birgə Media Platforması çərçivəsində “Televiziya reytinqlərinin ölçülməsi sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi” mövzusunda seminar keçirilib.

Tədbirdə Türkiyə Respublikasında televiziya reytinqlərini öyrənən TİAK “Televizyon İzleme Araştırmaları” Anonim Şirkətinin rəhbər şəxsləri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, İqtisadiyyat Nazirliyinin, Medianın İnkişafı Agentliyinin, Milli Televiziya və Radio Şurasının rəsmi nümayəndələri, ümumölkə televiziya kanallarının rəhbərləri iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov tədbir iştirakçılarını və qonaqları salamlayıb, Azərbaycan – Türkiyə Birgə Media Platforması çərçivəsində keçirilən tədbirlərin davamı kimi bu tədbirin xüsusi önəmini vurğulayıb. O, bildirib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da audiovizual industriyanın inkişafının baza şərtlərindən biri keyfiyyətli və mötəbər televiziya izləmə reytinqlərinin ölçülməsidir. Azərbaycanda bu sahədə olan mövcud problemlərin teleradio reklam bazarının zəif inkişaf etməsinə gətirib çıxardığı vurğulanıb. Son illərdə bu sahədə inamlı addımlar atmış Türkiyə teleradio sahəsi və orada mövcud reytinq ölçmə sistemi Azərbaycanda da maraqla öyrənilir. Şura sədri qeyd edib ki, TİAK nümayəndələrinin Bakı şəhərində belə bir təqdimat keçirməsi və Azərbaycanda Türkiyə təcrübəsinin müzakirəsi xüsusi əhəmiyyət daşıyır.

Daha sonra Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov media sahəsində aparılan islahatlardan söz açıb, qardaş Türkiyənin media sahəsində atdığı uğurlu addımlarının Azərbaycanda da yaxından izlənildiyini və həmin təcrübənin öyrənilməsinin müsbət əhəmiyyətini qeyd edib.

TİAK Baş direktoru Dursun Güleryüz dəvətə və tədbirin təşkil edilməsinə görə təşəkkürünü bildirib, TİAK şirkəti və onun fəaliyyəti haqqında geniş məlumat verib. Daha sonra, TİAK Texniki komitəsinin üzvü Ogün Doğan Akyol TİAK-ın televiziya izləmələrinin ölçülməsi sahəsindəki fəaliyyətinə həsr edilmiş geniş video təqdimat təqdim edib.

Tədbirin ikinci hissəsində Türkiyə tərəfinin etdiyi təqdimat və müasir reytinq ölçmə sisteminin Azərbaycanda mümkün tətbiqi barədə geniş müzakirələr aparılıb.

No description available.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top