“Sitatın sonu”ndan Etibarın sonuna: “söyüş maşını”nı guruldadan nədir?

TƏHLİL 13 iyl 2021, 14:54
Hamının “sitatın sonu” kimi tanıdığı və adının əvvəlinə bütün naqislikləri sifət olaraq istifadə etdiyi Etibar Hüseynovun son günlər gündəmə gəlmək üçün dediklərini dinlədikdə insan düşünməyə bilmir: “Bu adam özündə olmayanlar haqqında necə bu qədər uca səslə danışa bilir?!”.

Əslində təəccüblü deyil. Zamanında medianı üzqarasına çevirən bu şəxsin etdikləri “dövrün tələbi” hesab olunurdu. Çünki həsənovçular bütün qırmızı cizgiləri keçir, söyüş dolu kampaniyalar aparırdı və bunun çox incə səbəbləri arasında onların işi bacarmadıqları da yer alırdı. Adətən boş başlardan çıxan səslər daha gur olur deyirlər.

Efirdə “kuklalar” kimi verilişin aparıcı olub Etibar Hüseynov. Bu, siyasi mübarizə deyildi, bu, birbaşa iqtidarı gözdən salmağa hesabılanmış addım idi. Normal düşünənlərin hamısı bunu təsdiqləyir.

Efirdə əxlaq sərhədlərini darmadağın edən görüntüləri yayımlayan, şərh edən də Etibar Hüseynov idi. Bu o Etibar Hüseynovdur ki, kimi istəsən söyər, kimi istəsən ən aşağılayıcı sözlərlə təhqir edərdi, yetər ki göstəriş gəlsin.

Göstərişi verənlər də məlum idi və qeyd etdiyimiz kimi bütün addımlar birbaşa iqtidarın əleyhinə hesablanmış gedişlər idi.

Görünür, vaxtilə gur səs çıxan boş başlardan olan Etibar Hüseynov indi “yiyəsiz” qalıb. Çünki artıq dövran dəyişib, medianın üz qarası olan yanaşma dəyişib, artıq söyüşə, əxlaq sərhədlərini darmadağın görüntülərə, qeyri-etik mövqeyə nə efirlərdə, nə də mediada yer yoxdur.

Etibar Hüseynovu danışdıran, absurd iddialar səsləndirməsinə səbəb olan da budur. Artıq ona ehtiyac yoxdur. Təkcə ona görə yox ki, Etibar Hüseynovun söyüşlərinə ehtiyac yoxdur, həm də bu şəxsin söyüşdən, təhqirdən başqa bacardığı başqa bir şey yoxdur.

Onun son iddiaları da təsdiqləyir ki, “qozbeli qəbir düzəldədir” və məlum olur ki, bu şəxsi narahat edən səbəblər başqadır.

Etibar Hüseynov azad medianın olmasından narahatdır.

Etibar Hüseynov ona aylıq verilən “paket”in kəsilməsindən narazıdır: məlum olur ki, hər ay ona 2 min manat pul verilirmiş, o da bu pul qarşılığında nə mənəviyyat, nə əxlaq tanıyırdı.

Etibar Hüseynov bir daha mandat ala bilməyəcəyindən narahatdır, çünki Azərbaycan seçicisi bu “söyüş maşınını” qəbul etmir.

Etibar Hüseynov “ağalarının” dövrünün bitməsindən narahatdır.

Etibar Hüseynov daha ona “etibar” edilməyəcəyini bildiyi üçün axırıncı yola əl atıb. Vaxtilə “siyasi mübarizə” adı altında istifadə etdiyi şər-böhtanları indi iqtidarın özünə qarşı yönəldib.

Bu, sübut edir ki, Etibar Hüseynov kimilər üçün əqidə yox, aylıq “paket” önəmli idi və bundan məhrum olan kimi dönük olduğunu açıq şəkildə göstərdi.

Etibar Hüseynov həm də ona görə narahatdır ki, “sitatın sonu” olduğu kimi, artıq “Etibarın da sonu” çatıb və nə ona, nə də onun təhqir-söyüş üslubuna yer yoxdur!



Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top