Hərbi Prokurorluqdan nəşi tapılan zabitlə bağlı açıqlama — FOTO

HADİSƏ 11 iyl 2021, 14:20
Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçu tapılaraq, şəxsiyyəti müəyyənləşdirilməklə, nəşinin aidiyyəti üzrə təhvil verilməsi üçün zəruri tədbirlərin görülürməsi təmin olunub.

Respublika Hərbi Prokurorluğundan Demokrat.az-a verilən məlumata görə, bundan əvvəl verilmiş məlumatlara əlavə olaraq bildirilir ki, itkin düşmüş daha bir hərbi qulluqçunun–kapitan Pənahov Əkbər Bəylər oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin edilib.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.




Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top