Toya gedən gənclər qəzaya düşdü

HADİSƏ 11 iyl 2021, 09:14
Toya gedən gənclər qəzaya düşdüBakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az
xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Hava limanı yolunda hərəkətdə olan "Mercedes" markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub.

Hadisə zamanı "Mercedes"də olan sərnişinlər, 1998-ci il təvəllüdlü Kərimov Murad Qara oğlu və 2000-ci il təvəllüdlü Namazov Tural Tofiq oğlu xəsarətlər alıblar.

Hər iki yaralı təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.

Müayinə zamanı onlara müştərək travma diaqnozu qoyulub. Bildirilib ki, gənclər toy mərasimində iştirak etmək üçün şadlıq evinə gedirlərmiş (report).

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top