Azərbaycan iyun ayında “OPEC+” üzrə öhdəliyini yerinə yetirib

SƏNAYE VƏ ENERGETİKA 10 iyl 2021, 15:00
Bu ilin iyun ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 705,1 min barrel olub.

Demokrat.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bunun 610 min barrelini xam neft, 95,1 min barrelini isə kondensat təşkil edib.

Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin müvafiq iclaslarında qəbul edilmiş razılaşmalar çərçivəsində ölkəmizdə orta günlük xam neft hasilatının cari ilin iyun ayında 610 min barrel, iyul ayında isə 620 min barrel səviyyəsində saxlanılması müəyyənləşmişdir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top