Magistraturaya müsabiqənin nəticələri elan olundu

SOSİAL 08 iyl 2021, 08:43
Dövlət İmtahan Mərkəzi (DİM) magistratura səviyyəsinə qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini elan edib.

Demokrat.az xəbər verir ki, 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini Mərkəzin internet saytında yerləşdirib.

Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Qəbul olunanların siyahısı “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq.

Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 14981 bakalavrdan 10350 nəfər ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 3766 nəfər dövlət sifarişi, 6584 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Onlardan 6790 nəfər ali təhsil müəssisələrinin cari, 3560 nəfər isə əvvəlki illərin məzunudur.

Magistratura səviyyəsinə qəbul olunanların qəbul olduqları ali təhsil müəssisələrindəki qeydiyyatı haqqında DİM-in saytında və sosial şəbəkə hesablarında əlavə məlumat veriləcək.

Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı da elan olunacaq.

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top