Rəşad Salahov rəis müavini təyin olundu — ƏMR

DAXİLİ SİYASƏT 05 iyl 2021, 23:31
Daxili işlər orqanlarında yeni təyinat olub.

Demokrat.az-ın Oxu.az-a istinadən məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Rəşad Salahov Xocalı Rayon Polis Şöbəsinə xidmət üzrə rəis müavini təyin olunub. 

O, bundan əvvəl Gəncə şəhəri Kəpəz rayonu Polis İdarəsinin cinayət axtarış şöbəsinin baş əməliyyat müvəkili vəzifəsində çalışıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top