Bakıdan Mingəçevirə gedən sərnişin avtobusu yandı — FOTO

HADİSƏ 05 iyl 2021, 21:48
Bakıdan Mingəçevirə hərəkət edən sərnişin avtobusu Yevlax rayonu ərazisində alovlanıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə bu saatlarda Yevlaxın Qarxun kəndi yaxınlığında baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə bölməsi cəlb olunub. Sərnişinlər arasında zərərçəkənin olub-olmadığı dəqiqləşdirilir.

Qeyd edək ki, avtobus bu gün saat 16:00-da Bakıdan Mingəçevirə yola düşüb.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top