Şuşada görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəli ucaldılacaq — VİDEO

MƏDƏNİYYƏT 05 iyl 2021, 19:33
Heydər Əliyev Fondu tərəfindən Şuşada görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəli ucaldılacaq. 

Fonddan verilən məlumata görə, hazırda Bakıda emalatxanada heykəlin hazırlanma prosesi gedir.

Şuşa şəhərinin işğalı zamanı ermənilər tərəfindən dağıdılan heykəlin yerində ucaldılacaq abidə bəstəkarın 100 illiyi münasibətilə Şuşada ucaldılan və müəllifi heykəltaraş Əhməd Salikov olan bürünc heykəlin surəti əsasında yaradılır.

Heykəlin üzərində işlər 18 Sentyabr - dahi bəstəkarın doğum günü və Musiqi Gününə qədər başa çatdırılacaq.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top