DYP əməkdaşları sürücünü yanan maşının içərisindən çıxartdı — VİDEO


HADİSƏ 04 iyl 2021, 14:05
Ötən gün Pirallahı yolunda avtomobil aşıb.

Demokrat.az xəbər verir ki, mercedes markalı 90xu979 dövlət nömrə nişanlı avtomobil qəzaya uğrayaraq aşıb.

Aşan maşın qısa zamanda alışmağa başlayıb və sürücü içərisində qalıb. Ərazidə xidmət aparan Dövlət Yol Polisi əməkdaşları dərhal hadisə yerinə yaxınlaşıb.

Mövcud vəziyyətdə zaman itirmədən həyatlarını təhlükəyə atan DYP əməkdaşları sürücünü yanan maşından xilas ediblər. Zəruri təhlükəsizlik tədbirləri görülməklə yanan avtomobil söndürülüb.

Faktla bağlı araşdırma aparılır.
Oxu.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top