“Mina xəritələrinin təqdim edilməsi İlham Əliyevin apardığı uzaqgörən xarici siyasətin nəticəsidir”

QARABAĞ 04 iyl 2021, 10:03
“Ermənistanın Azərbaycanın minalanmış ərazilərinin növbəti xəritələrini təqdim etməsi Prezident İlham Əliyevin apardığı uzaqgörən xarici siyasətin və Azərbaycan hökumətinin fəaliyyətinin nəticəsidir.”

Demokrat.az xəbər verir ki, bunu amerikalı ekspert Piter Teys deyib.

P.Teys qeyd edib ki, Ermənistan rejimi tərəfindən minalanmış ərazilərin xəritələrinin nəşri yeddi ay əvvəl, Azərbaycanın ikinci Qarabağ müharibəsindəki şanlı qələbəsindən sonra baş verməli idi:

"İndi Qarabağ sürətlə Avropada və Asiyada sənaye və nəqliyyat mərkəzinə çevrildiyi zaman Cənubi Qafqazı parlaq bir gələcək gözləyir."

Ekspert əlavə edib ki, Azərbaycan siyasət, təhlükəsizlik və iqtisadiyyat sahələrində çoxtərəfli Avrasiya təşkilatlarının əsas tərəfdaşıdır.

Qeyd edək ki, iyulun 3-də Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib. Humanist addım olaraq Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib./Trend

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top