Türkiyə səfiri Ramil Həsəni Milli Məclisdə ziyarət etdi — FOTO


XARİCİ SİYASƏT 30 iyn 2021, 21:42
Milli Məclisin deputatı Ramil Həsən Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı ilə görüşüb.

Demokrat.az xəbər verir ki, bu barədə Ramil Həsən özünün “Facebook” hesabından məlumat paylaşıb.

Deputat qeyd edib ki, görüşdə iki ölkə arasındakı münasibətlər barədə fikir mübadiləsi aparılıb:

“Bu gün qardaş Türkiyə Cümhuriyyətinin dəyərli səfiri Cahit Bağçı Milli Məclisdə ziyartimizə gəldi. İki qardaş dövlətin öndərləri – cənab prezidentimiz İlham Əliyevin və cənab prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində həyata keçirilən uğurlu müttəfiqlik münasibətləri, bu istiqamətdə millət vəkilləri olaraq atmış olduğumuz addımlar barədə fikir mübadiləsi apardıq”.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top