Ermənistanın 40-a yaxın vəkili Azərbaycana gələ bilər

REGİON 30 iyn 2021, 15:55
Ermənistanın 40-a yaxın vəkili Azərbaycana səfər edə bilər.

Demokrat.az xəbər verir ki, bu barədə Ermənistanın İctimai radiosu məlumat yayıb.

Məlumata görə, Ermənistanın Vəkillər Palatası erməni terrorçularının Azərbaycanda keçirilən məhkəmə prosesini yaxından izləməklə bağlı məsləhətləşmə görüşü təşkil edib.

Görüşdə çıxış edən Ermənistanın Vəkillər Palatasının sədri Ara Zohrabyan jurnalistlə bildirib ki, Ermənistanın 40 tanınmış vəkili Bakıya səfər etməyə və orada erməni terrorçularla görüşməyə hazırdır. 

Ara Zohrabyan sözügedən səfərin Avropa məhkəməsi tərəfindən təşkil edilə biləcəyini söyləyib.

Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top