Bilgəhdə çimərlik niyə bağlandı? — VİDEO

SOSİAL 30 iyn 2021, 17:36
Sosial şəbəkələrdə çimərliklərlə bağlı növbəti video yayılıb. Görüntülər izləyicilər tərəfindən müzakirələrə səbəb olub. 

Budəfəki səs-küylü xəbər Bilgəh çimərliyindən gəlib. Belə ki, sosial mediada yeni yayılan görüntülər çimərliyin ziyarətçilərin üzünə bağlanması ilə bağlı bir sıra şübhələr doğurub. 

Bəs çimərlik həqiqətən bağlanırmı? 

Məsələ ilə bağlı Baku TV çimərliyin aid olduğu Bilgəh Kardioloji Sanatoriyasına müraciət edib. Santoriyadan verilən məlumata görə, əraziyə girişin bağlanması xəbəri tamamilə yanlışdır. Həmçinin tikinti-təmir işlərindən sonra çimərliyə giriş də ödənişsiz olacaq. 

Xatırladaq ki, təxminən iki həftə əvvəl Bilgəh qəsəbəsində “Daçnik” adı ilə tanınan çimərliyə də giriş bağlanmışdı. Bilgəh qəsəbə nümayəndəliyi isə çimərliyin bağlanmasını həmin ərazidə yaşayan vətəndaşların təhlükəsizliyinin təmin edilməsi ilə əlaqələndiriblər.
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top