Nazir: “Karabakh.Center” layihəsi Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib"

QARABAĞ 30 iyn 2021, 11:27
“Biz 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarımızın azad edilməsinin şahidi olduq. Sözsüz ki, həmin ərazilərdə müşahidə etdiyimiz mənzərə XXI əsrin, bütövlükdə isə bəşəri dəyərlərlə üst-üstə düşmür”.

Demokrat.az xəbər verir ki, bunu Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov qurumun “Karabakh.Center” layihəsinin təqdimat mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, “Karabakh.Center” layihəsi Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib: “Bu layihə imkan verir ki, biz mövcud vəziyyəti gözümüzün qarşısına gətirək. Biz işğaldan azad edilmiş ərazilərdə abidələrimizin bərpa edilməsinin şahidi olacağıq. Artıq Prezident İlham Əliyevin tapşırığına əsasən, bu istiqamətdə işlərə başlanılıb”.

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top