Bu şənbə Bakıda ictimai nəqliyyat işləyəcək

İNFRASTRUKTUR 29 iyn 2021, 21:43
Xəbər verdiyimiz kimi, bu gün Nazirlər Kabineti qarşıdakı bir ayda həftə sonları avtobuslar və metropolitenin işləməyəcəyi barədə məlumat yayıb.

Demokrat.az xəbər verir ki, 3 iyul şənbə günü olmasına baxmayaraq, ictimai nəqliyyat fəaliyyət göstərəcək.

Çünki həmin gün Bakıda AVRO-2020-nin 1/4 final oyunu baş tutacaq.

Qeyd edək ki, yeni qərara əsasən, bu həftəsonu ictimai nəqliyyata qadağa 4 iyul saat 00:00-dan 5 iyul saat 06:00-dək qüvvədə olacaq. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top