Güləşçilərmiz Avropa çempionatında finala yüksəldi


İDMAN 29 iyn 2021, 21:30
Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı davam edir.

Demokrat.az xəbər verir ki, ikinci yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub.

61 kq-da yarışan Kənan Heybətov ilk görüşdə ukraynalı idmançını minimal hesabla üstələyib. Fransa təmsilçisi üzərində də inamlı qələbə qazanan güləşçi adını yarımfinala yazdırıb. Gürcüstan pəhləvanına da gücünü göstərən Heybətov finala vəsiqə qazanıb.

74 kq çəki dərəcəsində mübarizə aparan Cəbrayıl Hacıyev ilk mərhələdə Moldova güləşçisinə qalib gəlib. Milli üzvü daha sonra Rusiya təmsilçisini "tuşe" ilə məyus edib. Hacıyev macar rəqibindən də güclü olub və yarımfinala yüksəlib. Finalın bir addımlığında gürcü pəhləvanla mübarizə dramatik alınıb. Görüş boyunca gah bu, gah da digər güləşçi hesabda önə çıxıb. Əzmkarlıq nümayiş etdirən Hacıyevin son saniyələrdəki uğurlu fəndi həlledici olub və yığma üzvünü finala daşıyıb.

Fuad Mayılov (86 kq) təsnifat mərhələsində alman rəqibinə uduzub. Almaniya idmançısı finaladək irəliləyib və Mayılov 3-cü yeri tutmaq şansı yaranıb.

Abdulcəlil Şabanov (92 kq) 1/8 finalda rusiyalı həmkarına məğlub olub. Rəqib finala yüksəldiyi üçün Şabanov iyunun 30-da təsəlliverici görüşə çıxacaq.

Mübarizəyə 1/4 finaldan qoşulan Aydın Əhmədov (125 kq) Macarıstan güləşçisinə sonuncu xal prinsipinə əsasən qalib gəlib. Əhmədov yarımfinalda Ukrayna idmançısından da güclü olub və finala yüksəlib.

Bu çəkilərdə təsəlliverici görüşlər və medal qarşılaşmaları iyunun 30-da keçiriləcək.

Qeyd edək ki, 75 kq-dakı Turan Bayramov bu gün finalda Stanislav Novakla (Moldova görüşəcək.

61 kq
1/8 final: Kənan Heybətov – Nikita Zubal (Ukrayna) 6:5
1/4 final: Kənan Heybətov - Xamzat Arsamerzuyev (Fransa) 10:3
1/2 final: Kənan Heybətov - Daviti Abdaladze (Gürcüstan) 8:5
Final: Kənan Heybətov - Levik Mikaelyan (Ermənistan)

74 kq
Təsnifat: Cəbrayıl Hacıyev – Mixail Ursu (Moldova) 6:2
1/8 final: Cəbrayıl Hacıyev - Maqomed Abdulkadirov (Rusiya) 5:0 (tuşe)
1/4 final: Cəbrayıl Hacıyev - Balint Balaş (Macarıstan) 9:4
1/2 final: Cəbrayıl Hacıyev - Vladimeri Qamkrelidze (Gürcüstan) 6:5
Final: Cəbrayıl Hacıyev - Taner Qarip (Türkiyə)

86 kq
Təsnifat: Fuad Mayılov – Coşua Morodion (Almaniya) 1:12
Təsəlliverici görüş: Fuad Mayılov - Emre Çiftçi (Türkiyə)

92 kq
1/8 final: Abdulcəlil Şabanov – İslam Kilçukov (Rusiya) 4:8
Təsəlliverici görüş: Abdulcəlil Şabanov - Daniil Pidlipenets (Ukrayna)

125 kq
1/4 final: Aydın Əhmədov – Şaba Ubornyak (Macarıstan) *1:1
1/2 final: Aydın Əhmədov - Vasili Sova (Ukrayna) 5:2
Final: Aydın Əhmədov - Lyova Gevorqyan (Ermənistan)


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top