XİN rəhbəri: "Gürcüstan bölgədə vasitəçilik funksiyasını inkişaf etdirəcək"

REGİON 28 iyn 2021, 22:48
"Gürcüstan bundan sonra da bölgədə vasitəçilik prosesində iştirak etməyə hazırdır".

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani deyib.

Romada İŞİD-ə qarşı Qlobal Koalisiyanın konfransında iştirak edən nazirin sözlərinə görə, tədbir çərçivəsində ikitərəfli görüşlərdə regiondakı vəziyyət müzakirə olunub:

"Bütün görüşlərdə Gürcüstanın baş nazirinin bölgədə dayanıqlı sülhün təşviqindəki rolu yüksək qiymətləndirilib. Bu, ilk mühüm və konkret addım oldu".

D.Zalkaliani vurğulayıb ki, Gürcüstan vasitəçilik funksiyasını gələcəkdə mütləq inkişaf etdirəcək.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top