Ucarda yol qəzasında sürücü və azyaşlı oğlu öldü

HADİSƏ 28 iyn 2021, 10:53
Bakı-Qazax yolunda gecə saatlarında baş verən yol qəzasında ölənlərin sayı 2 nəfərə çatıb.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə nəticəsində ağır dərəcəli bədən xəsarətləri alan 2019-cu il təvəllüdlü İlyas Elçin oğlu Cəlilov Ucar Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

X X X

Ucarda ölümlə və xəsarətlə nəticələnən yol qəzası olub.

"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə gecə saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonundan keçən hissəsində qeydə alınıb. Elçin Cəlilovun idarə etdiyi "Opel" markalı minik maşını Qəbələ rayon sakini, 1972-ci il təvəllüdlü Hikmət Ağayevin idarə etdiyi "KamAZ" markalı yük maşınının arxa hissəsinə çırpılıb. Nəticədə sürücü E.Cəlilov ölüb. Qəza zamanı habelə onun 2 yaşlı oğlu İlyas Elçin oğlu Cəlilov, həyat yoldaşı, 31 yaşlı Aysel Balay qızı Cəlilova və 45 yaşlı Zaur Balay oğlu Xəlilov çoxsaylı xəsarətlər alıblar. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top