Azərbaycanda insanlar istirahət üçün hansı ərazilərə axın edir? — VİDEO

SOSİAL 28 iyn 2021, 09:09
Azərbaycanın dağlıq ərazilərinə səfər edənlərin sayı çoxalıb.

Həm havalar isti keçdiyindən, həm də karantin rejimi çərçivəsində müəyyən yumşaldılmalar tətbiq edildiyindən sərinləmək üçün dağlıq ərazilərə üz tutatnların sayı artıb.

Təbii bulaqlar, sıx meşələr insanların rahat istirahəti üçün əvəzolunmaz məkana çevrilib.

İnsanların istirahət məkanı kimi seçdiyi ərazilərdən biri də Tovuzun Əsrik dərəsidir. İnsanlar xüsusən həftəsonları bura üz tutaraq dincəlirlər.

Əraziyə gələn turistlərə təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı müəyyən tapşırıqlar verilir. Çünki isti havalarda adi bir məsuliyyətsizlik yanğına səbəb ola bilər.

İstirahət məkanlarında insanların əməl etməli olduğu qaydalarla bağlı lövhələr də yerləşdirilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:



Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top