Bakıda yaşayış binasındakı yanğın söndürüldü — YENİLƏNİB

HADİSƏ 26 iyn 2021, 15:22
Bakıdakı yaşayış binasındakı yanğın söndürülüb. 

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, yanğın Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən doqquzmərtəbli yaşayış binasında baş verib. 

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi ünvana cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

İlkin məlumata əsasən, yanğın nəticəsində iki mənzilin eyvanının yanar konstruksiyaları və orada olan əşyalar qismən yanıb. Mənzillər yanğından mühafizə olunub.

***15:05

Bakıda yaşayış binası yanır.


Demokrat.az verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb. 

Məlumata görə, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında yanğın başlayıb. 
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top