“Anadolu Qartalı – 2021” taktiki-uçuş təlimi davam edir — FOTOLAR

HƏRBİ 26 iyn 2021, 12:37
Türkiyə Respublikasının Konya şəhərində müxtəlif ölkələri təmsil edən komandaların iştirakı ilə keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir.

Bu barədə Demokrat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Beynəlxalq taktiki-uçuş təlimdə iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin hava hədəfinin aşkarlanması, taktiki qaydalarla önlənməsi, nəzarətə götürülməsi və məhv edilməsi məqsədilə hava döyüşünün yerinə yetirilməsi əməliyyatını icra edib.

Hərbi pilotlarımız qarşıya qoyulan tapşırığı uğurla icra edib və şərti düşmənin hava hədəfi məhv edilib.

Təlim iyulun 3-dək davam edəcək.




Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top