Azərbaycanda insanlar onlayn alış-verişdə nə qədər pul xərcləyiblər? — MƏBLƏĞ

BİZNES 25 iyn 2021, 11:42
Bu ilin aprel ayı ilə müqayisdə may ayında dövriyyədə olan ödəniş kartlarının sayı 74 min ədəd artaraq 9 milyon 972 min olub.

Demokrat.az Mərkəzi Bankdan açıqlanan məlumatlara istinadən bildirir ki, ödəniş kartlarında artım debet kartları üzrə 16%, kredit kartları üzrə 30% təşkil edib.

Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 272 min, sosial kartlar 73 min, kredit kartları 269 min, digər kartlar isə 887 min ədəd artıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin 5 ayı ilə müqayisədə 55% artıb. 2021-ci ilin 5 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 3 milyard 489 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 1 milyard 846 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 1 milyard 437 milyon manatı POS-terminallar, 206 milyon manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilib. Keçən ilin may ayının sonu ilə müqayisədə bankomatların sayı 9%, POS-terminalların sayı 8,4% artıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top