Rumıniya XİN başçısı: "Azərbaycan bizim üçün strateji tərəfdaşdır"

XARİCİ SİYASƏT 25 iyn 2021, 09:22
"Azərbaycan Rumıniya üçün strateji tərəfdaşdır və bizim ikitərəfli əlaqələrimizin zəngin potensialı var".

Demokrat.az xəbər verir ki, bunu Rumıniyanın xarici işlər naziri Boqdan Auresku tvitterdə yazıb.

Diplomat iyunun 25-26-da baş tutacaq Cənubi Qafqaz turu çərçivəsində avstriyalı və litvalı həmkarları Aleksandr Şallenberq və Qabrielius Landsbergislə birlikdə bu gecə Bakıya gəlib.

"İndicə Bakıda eniş etdik. Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşlərə hazırlaşırıq", - rumıniyalı nazir qeyd edib.

B. Aureskunun sözlərinə görə, səfər Aİ-Azərbaycan qarşılıqlı fəaliyyətinin əhəmiyyətini yenidən vurğulamaq üçün yaxşı imkan yaradır.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 apr 2024, 09:22
15 apr 2024, 22:46
Top