Yol qəzası 1600 abonenti qazsız qoydu — FOTO

HADİSƏ 24 iyn 2021, 22:45
Ucarda baş verən yol qəzasında 1600 abonent qazsız qalıb.

APA xəbər verir ki, hadisə bu gün axsam saatlarında H. Əliyev prospektində qeydə alınıb.

Ucar rayon sakini, 1991-cı il təvəllüdlü Həsən Tərlanovun idarə etdiyi “Chevrolet” markalı maşın ilə Qalib İmanovun idarə etdiyi “Mercedes” markalı minik maşını toqquşub. Nəticədə “Chevrolet”in sürücüsü H. Tərlanov aldığı xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Qəza nəticəsində qaz xətti ciddi zədələnib.

Ucar qaz istismar sahəsindən verilən məlumata görə, 1600 abonentin qaz təchizatı dayandırılıb. İstismar sahəsindən o da bildirilib ki, qısa müddətə qaz sızması dayandırılacaq və abonentlər təbii qazla təmin olunacaqlar.

Fakt araşdırılır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top