Arif Quliyevin məzardaşı niyə hazırlanmır? — Nazirlikdən AÇIQLAMA

MƏDƏNİYYƏT 24 iyn 2021, 17:49
Mərhum Xalq artisti Arif Quliyevin məzardaşının hazırlanması üçün maddi imkanı olmayan ailəsi Mədəniyyət Nazirliyindən dəstək gözləsə də, bu, mümkün olmayacaq.

Nazirlikdən Yenicag.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Mədəniyyət Nazirliyinin büdcəsində bu istiqamətdə vəsait nəzərdə tutulmayıb.

Qeyd edək ki, mətbuatda aktyorun ailəsinin maddi imkansızlığa görə Arif Quliyevin məzardaşını hazırlaya bilmədikləri və bunun üçün Mədəniyyət Nazirliyindən dəstək gözlədikləri ilə bağlı xəbərlər yayılsa da, daha sonra oğlu Rövşən Quliyev açıqlama verərək yayılan xəbərləri təkzib etmişdi.

Xatırladaq ki, Xalq artisti Arif Quliyev Qaradağ rayonu “Qurd qapısı” qəbiristanlığında dəfn olunub. Ölümündən 40 gün keçməsinə baxmayaraq, aktyorun məzardaşı hələ də hazırlanmayıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top