İranda jurnalistləri daşıyan avtobus qəzaya düşdü — 3 ölü, 13 yaralı

DÜNYA 23 iyn 2021, 20:44
İranda Urmiya gölünün vəziyyəti ilə yerində tanış olmaq üçün gedən jurnalistləri daşıyan avtobus qəzaya uğrayıb.

Bu barədə “Mehr” məlumat yayıb.

Bildirilib ki, Qərbi Azərbaycana yollanan avtobusun aşması nəticəsində üç nəfər ölüb, 13 nəfər yaralanıb.

Bəzi mənbələrdə yaralıların 21 nəfər olduğu qeyd edilib.

Qeyd edilib ki, ölənlər İSNA Xəbər Agentliyindən Məhşad Kərimi və Neda Əkbəri, İRNA Xəbər Agentliyindən Reyhanə Yasinidir./“Qafqazinfo” 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top