Gəncədə çətənə kolları məhv edildi — FOTO


HADİSƏ 23 iyn 2021, 21:16
Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Natavan 2 qəsəbəsi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Demokrat.az-a verilən məlumata görə, ümumi çəkisi 1320 kiloqramdan artıq olan, 2676 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top