Ramiz Mehdiyevdən sonra ikinci həqiqi dövlət müşaviri o oldu

GÜNDƏM 23 iyn 2021, 14:21
Bu gün Milli Məclisin inzibati vəzifələr tutan bir neçə dövlət qulluqçusuna ixtisas dərəcələri təqdim edilib.

Demokrat.az xəbər verir ki, Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyevə həqiqi dövlət müşaviri ixtisas dərəcəsi verilib. Bu ölkə tarixində həqiqi dövlət müşaviri ixtisas dərəcəsi alan ikinci şəxsdir. Belə ki, indiyə qədər yalnız Prezident Administirasiyasının rəhbəri, hazırda AMEA-nın prezidenti, akdemik Ramiz Mehdiyev həqiqi dövlət müşaviri ixtisas dərəcəsi sahibi olub.

Qeyd edək ki, inzibati vəzifələr tutan bir qrup dövlət qulluqçusuna ixtisas dərəcələrinin verilməsi haqqında prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top