Daha 9 idmançımızın Olimpiadada iştirakı rəsmiləşdi

İDMAN 22 iyn 2021, 23:08
Beynəlxalq Cüdo Federasiyası Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanan idmançıların siyahısını açıqlayıb.

Demokrat.az
xəbər verir ki, Olimpiya reytinqinə əsasən müəyyənləşən vəsiqələrə 110 ölkənin cüdoçuları sahib olublar. 

Onlar arasında Azərbaycan yığmasının doqquz üzvü də var. Kişilərdən ibarət milli komandamızın Olimpiya Oyunlarına tam heyətlə yollanacağı rəsmiləşib. Cüdoçularımızdan Kəramət Hüseynov (-60 kq), Orxan Səfərov (-66 kq), Rüstəm Orucov (-73 kq), Murad Fətiyev (-81 kq), Məmmədəli Mehdiyev (-90 kq), Zelim Kotsoyev (-100 kq) və Uşanqi Kokauri (+100 kq) lisenziyalara sahib çıxıb.

Qadınlardan ibarət millimizin heyətində isə Aişə Qurbanlı (-48 kq) və İrina Kindzerskaya (+78 kq) Tokio-2020-də iştirak hüququna yiyələnib. 

Bununla da Azərbaycanın Tokio-2020-də iştirak hüququ qazanan idmançılarının sayı 38-ə çatıb.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top