BDU-nun müəllimi vəfat etdi — FOTO

HADİSƏ 22 iyn 2021, 22:55
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Kimyanın tədrisi metodikası kafedrasının müəllimi Məmmədov Nabir Vəli oğlu vəfat edib.

"Report" xəbər verir ki, Nabir Məmmədov 57 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, o, 1981-ci ildə BDU-nun Kimya fakültəsinə daxil olub. 1988-ci ildən BDU-da kimya fakültəsində Qeyri-üzvi kimya kafedrasında baş laborant işləyib. 1992-1995-ci illərdə həmin kafedranın aspirantı olub. 1995-ci illdən Kimyanın tədrisi metodikası kafedrasında laboratoriya müdiri işləyib. 2003-cü ildən həmin kafedrada müəllim vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top