Mürvət Həsənli: "Dedikləri cəfəngiyyat, yalandır"


GÜNDƏM 21 iyn 2021, 17:28
Xəbər verdiyimiz kimi, sahibkar Zahid Aslanlı iş adamı Mürvət Həsənli ilə yayımını dayandıran "Qasid" mətbuat yayımı firmasının keçmiş müavini Ağəli İsmayılovla birlikdə ona məxsus "Dan ulduzu" şadlıq sarayını əlindən aldıqlarını iddia edir. 

Bununla bağlı Demokrat.az-a açıqlama verən Zahid Aslanlı ikilinin qanunsuz şəkildə şadlıq evini ələ keçirdiklərini bildirib.

Ağəli İsmayılov və vəkili Bəhruz Bayramov isə saytımıza açıqlamalarında bu iddiaların yalan olduğunu, Z.Aslanlının ona çatacaq pulu verməkdən imtina etdiyini deyib.

Məsələylə bağlı adıçəkilən şəxslərdən digəri Mürvət Həsənli ilə əlaqə saxladıq. O, Demokrat.az-a qısa  açıqlamasında bu iddiaların yalan olduğunu bildirib:

"Məsələylə bağlı mənə indi məlumat verdilər. Onun sözlərini oxudum. Hamısı başdan-ayağa cəfəngiyyatdır. Onun dediyi kimi məsələ yoxdur. Dedikləri cəfəngiyyat, yalandır".

"Zahid Aslanlı ilə 2002-ci ildə birlikdə iş gördük. Sonra gördük alınmır, yolları ayırdıq. Həmin vaxtdan onun mənə verməli olduğu 50 min dollar məbləğində pul var, hələ də verməyib. Haram xoşu olsun. Oğurluq etdi, gördüm alınmır, uzaqlaşdım. İndi də 18-19 ilin söhbətini edir. Onun Ağəli İsmayılovla arasında olan söhbətin mənimlə əlaqəsi yoxdur. O, Ağəli İsmayılovun 1 milyard dollardan çox pulunu qaytarmayıb. Ondan məhkəməyə şikayət ediblər, hamısında əleyhinə qərar çıxarılıb. Necə olur ki, mən 30-dan çox məhkəmənin hamısına müdaxilə etmiş oluram? Məhkəmə dövlət qurumudur, dövlətin adından qərar çıxarır".

Mürvət Həsənli Əli Həsənovla yaxın əlaqələri olması barədə iddialara da cavab verib:

"Əli Həsənovla mənim yaxın əlaqəm yoxdur. Bir dəfə onunla bir tədbirdə görüşümüz olub, həmin tədbirdə mükafatlandırılmışam. Onunla bağlı heç bir əlaqəmiz olmayıb. Mən bu iddialarına görə onu məhkəməyə verəcəm. Artıq vəkilimlə danışmışam".

Aygül Qarayeva
Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top