Yeni Zelandiyada tornado bir nəfərin həyatına son qoydu


DÜNYA 19 iyn 2021, 20:25
Yeni Zelandiyanın Oklend şəhəri tornadoya məruz qalıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Radio New Zealand" radiostansiyası məlumat yayıb.

Təbii fəlakət nəticəsində 1 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.

Məlumata görə, hadisə yerli vaxtla səhər 08:30 radələrində qeydə alınıb. Hadisə nəticəsində evlərin damı uçub, elektrik xətləri qırılıb, ağaclar aşıb, pəncərələr sınıb.

20-dən çox yanğınsöndürmə briqadası təbii fəlakətin fəsadlarının aradan qaldırılması ilə məşğuldur.

Hadisə yerinə xilasedicilər cəlb edilib.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top