Oğuzda qadın sürücü on yaşlı uşağı vurdu

HADİSƏ 19 iyun 2021, 18:28
Oğuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Oğuz şəhəri ərazisində qeydə alınıb.

Belə ki, 2011-ci il təvəllüdlü Nur Babək qızı Məmmədova yaşadığı evin qarşısında qadın sürücünü idarə etdiyi avtomobil tərəfindən vurulub.

Yaralı kəllə-beyin travması ilə ilk olaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına, daha sonra vəziyyəti ağır olduğundan Mingəçevir şəhərinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2025, 20:58
Top