Azərbaycanda su itkisinin həcmi açıqlandı

İNFRASTRUKTUR 19 iyn 2021, 12:24
"Azərbaycanın meliorasiya və su təsərrüfatı sahəsində müəyyən çətinliklər yaşanır. Bu, bildiyiniz kimi su təsərrüfatında sistemin köhnə olması ilə bağlıdır".

Bunu “Report”a Azərbaycan "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Rafiq Aslanov deyib.

R.Aslanov bildirib ki, sovet dövründə tikilmiş su anbarları, kanallar istismar müddətini başa vurublar: “Bununla bağlı olaraq su istifadəsində çox itkilərə yol verilir. “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib. İndiyənədək suvarmada köhnə üsuldan çox istifadə edilib. Tədbirlər Planını tədricən həyata keçirməklə sudan həm qənaətlə, həm də səmərəli istifadə təmin ediləcək. Bundan başqa, əlavə su mənbələrinin yaradılması ilə bağlı işlərə başlanılıb”.

Onun sözlərinə görə, bütün dünyada su qıtlığı yaşanır: “Son 10-15 il ərzində dünyada 15 %-ə qədər su qıtlığı müşahidə edilir. 2050-ci ilə qədər də su qıtlığı davam edəcək. Buna rəğmən biz çalışmalıyıq ki, ölkə ərazisində su ehtiyatlarını toplayaq, səmərəli istifadə edək, su itkisinə yol verməyək. Bununla yanaşı, iqtisadiyyatımız son illər dinamik inkişaf edir. Yəni, yeni əkin sahələri dövriyyəyə cəlb edilir. Mövcud şəbəkələrin 70-73 %-i torpaq məcralı kanallardır. Burda da su istifadəsində itkilərə yol verilir.

Digər tərəfdən selləmə suvama üsülundan istifadə edilir. Bu, bizim işimizi çətinləşdirir. Su istifadəçiləri üçün maarifləndirmə işi aparırıq ki, onlar selləmə suvarma qaydasından az istifadə etsinlər. Damcılı suvarmadan istifadə edilməlidir. Suni yağış yağdırmaqla suvarmanı həyata keçirməklə biz su itkisinin qarşısını ala bilərik. Respublikada su balansı təsdiq edilib, 30-32 % su itkisinə yol verilir. Hesab edirəm ki, suyun dəqiq istifadəsini hesablasaq su itkisi yuxarıda qeyd edilən göstəricidən də çox olar. Qeyd edim ki, meliorasiya və su təsərrüfatının xətti ilə təqribən 10 milyard kubmetr su götürülür, 7 milyard kubmetr sudan səmərəli istifadə edilir, təqribən 3 milyard kubmetri isə itkilərə gedir”.

Xatırladaq ki, "Meliorasiya və Su Təsərrüfatı" ASC bu yay üçün suvarmada əsas proqnozlarını açıqlayıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 apr 2024, 09:22
Top