UEFA-dan futbolçulara tələb: "Masadakı içki şüşələrinə toxunmayın"

İDMAN 17 iyn 2021, 22:36
UEFA futbolçulardan rəsmi konfranslar zamanı sponsorların içki şüşələrinə toxunmamağı tələb edib.

Demokrat.az
"Oxu.az"a istinadən xəbər verir ki, UEFA-nın tədbirlərin təşkili üzrə direktoru Martin Kallen müvafiq tələbin AVRO-2020 komandalarının məşqçi və futbolçu heyətlərinə çatdırıldığını bildirib.

O qeyd edib ki, sponsorların gəlirləri turnir və bütövlükdə Avropa futbolu üçün vacibdir.

Xatırladaq ki, Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu mətbuat konfransı zamanı masa üzərindəki "Coca Cola” şüşələrini kənara çəkib.

Daha sonra Fransa seçməsinin üzvü Pol Poqba və İtaliya yığmasının yarımmüdafiəçisi Manuel Lokatelli də buna bənzər hərəkətlər ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top