Deputat: “Bəzi mühacirlərin Şuşa Bəyannaməsinə qarşı çıxmaları ermənilərə xidmət etməkdir”

GÜNDƏM 17 iyn 2021, 17:36
"Bəzi mühacirlərin hərbi müttəfiqlik, Zəngəzur məsələsi, Baş Konsulluğun açılması, iqtisadi-ticari əlaqələrin möhkəmləndirilməsi kimi vacib məqamların yer aldığı Şuşa Bəyannaməsini bəyənməməsi, açığı, düşmənlikdən başqa bir şey deyil".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.

T.Kərimli bildirib ki, bəzi mühacirlərin Azərbaycandakı sabitliyi pozmağa çalışmaları qəbuledilməzdir.

T.Kərimlinin fikrincə, yalnız yüz ildə bir dəfə baş verə biləcək Şuşa Bəyannaməsinin imzalanması kimi hadisələrin Azərbaycan üçün əhəmiyyəti böyükdür: "Əgər 100 il əvvəl imzalanmış Qars müqaviləsi təkcə Naxçıvanın müdafiəsini nəzərdə tuturdusa, Şuşa Bəyannaməsi bütün Azərbaycanın müdafiəsini nəzərdə tutur. İki dövlətdən hər hansı birinin ərazi bütövlüyünə təhdid yarandığı halda, digər dövlət müdafiəyə qalxmalı, yardım etməlidir. Bu, Azərbaycan üçün xüsusi əhəmiyyətlidir. Zəngəzur məsələsi, Baş Konsulluğun açılması, iqtisadi-ticari əlaqələrin möhkəmləndirilməsi kimi vacib məqamların yer aldığı Bəyannaməni bəyənməmək, açığı, düşmənlikdən başqa bir şey deyil. Sevindirici haldır ki, müxalifət də Şuşa Bəyannaməsini birmənalı şəkildə müdafiə etdi. Vəhdət Partiyası da daxil olmaqla, 48 partiya sənədi dəstəkləyən bəyanat yaydılar. Belə olan halda, partiyaların əlaltılarının ermənilərin, Azərbaycanın düşmənlərinin leyhinə hərəkət etmələri, ölkədə sabitliyi pozmağa çalışmaları qəbuledilməzdir. Bundan başqa, bilmək lazımdır ki, atılan bu cür addımlar heç bir nəticə verməyəcək. Çünki Azərbaycan günbəgün beynəlxalq aləmdə nüfuzu artan dövlətlərdəndir. Anti-azərbaycan təbliğatı aparan bəzi mühacirlərlə mübarizə tədbirlərinə gəlincə isə, qeyd etmək lazımdır ki, onların bu xoşagəlməz təbliğatları nəticəsiz qalacaq. Mühacirlər bu davranışları ilə nəlbəkidə fırtına yarada biləcəklərini hesab edirlər".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top