Politoloq: “Yeni reallıqlar sayəsində Azərbaycanla Türkiyənin birləşməsinə şahidlik edəcəyik”

GÜNDƏM 16 iyn 2021, 13:29
“Yüz il əvvəl imzalanan Qars müqaviləsində Naxçıvanın xilasının, qorunmasının şahidi olmuşduqsa, “Şuşa bəyannaməsi” ilə bütövlükdə Azərbaycanın qorunmasını, möhkəmlənməsini və Cənubi Qafqazdakı yeni hadisələrin başlanğıcını vurğulaya bilərik. Bəyannamədə Zəngəzur dəhlizi ilə bağlı məsələnin də yer alması göstərdi ki, Qarabağ müharibəsindən sonra regionda yeni reallıqlar yaranıb”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

Politoloq: Dövlətimiz koronavirusla mübarizədə bütün imkanları səfərbər  edib - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Politolq dünən Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı “Şuşa bəyannaməsi”ndə Zəngəzur dəhlizi ilə bağlı məsələnin də yer almasının tarixi əhəmiyyətinə toxunub:

“1920-ci ildə Zəngəzur dəhlizi iki yerə bölünüb, Türkiyə ilə Mərkəzi Asiya, Azərbaycanla Naxçıvan arasında əlaqəni kəsərək erməni dövləti yaradıldı. Lakin artıq yeni reallıqlar sayəsində Türk dünyasının, Azərbaycanla Türkiyənin birləşməsinə şahidlik edəcəyik. Yüz ildən çoxdur ki, Zəngəzur dəhlizi uğrunda mübarizənin getdiyini görürdük. Bu mübarizədə ABŞ, Rusiya, Böyük Britaniya, İran ciddi şəkildə fəaliyyət göstərirdi. Artıq dəhliz həqiqi sahiblərinə qaytarılır. Bölgədə 200 il ərzində formalaşmış vəziyyət dağıdılır. Dünən imzalanan “Şuşa bəyannaməsi” də bunun sübutudur. Məhz Azərbaycanın sayəsində regionda yeni vəziyyət yaranır. “Şuşa bəyannaməsi”ndə Azərbaycanın yaratdığı reallıqlar, bölgənin gələcəyi öz əksini tapıb”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top