48 yaşlı kişi özünü bıçaqladı

HADİSƏ 16 iyn 2021, 09:35
Qazaxda yerli sakin özünə xəsarət yetirib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə dünən axşam saatlarında Qazax şəhərində qeydə alınıb.

Belə ki, 1973-cü il təvəllüdlü Qabil Qocayev bir bıçaq xəsarəti alıb.

O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Yaralıya həkimlər tərəfindən tibbi yardım göstərilib. Onun vəziyyət kafi qiymətləndirilir.

Hadisənin başvermə səbəbləri polis tərəfindən araşdırılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top