Ağsuda polis əməkdaşını maşın vurdu


HADİSƏ 14 iyn 2021, 22:39
Ağsu rayonunda polis əməkdaşını avtomobil vurub.

Demokrat.az xəbər verir ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşı Cəfərov Ramil İntiqam oğlunu yolu keçmək istəyərkən "QAZel" markalı yük maşını vurub.

Yaralı əvvəlcə Ağsu Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Bakıda yerləşən xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır./Oxu.az
 
 
 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top