“Mina xəritələrinin əldə edilməsi Prezident İlham Əliyevin növbəti diplomatik uğurudur”


GÜNDƏM 12 iyn 2021, 21:24
“Azərbaycan 44 günlük Vətən müharibəsində zəfər çaldı, ərazi bütövlüyü bərpa olundu. Qarşılaşdığımız növbəti problem Ermənistanın işğaldan azad edilmiş ərazilərdə basdırdığı minalardır. Onlar minalanmış ərazilərin xəritələrini Azərbaycana vermirdilər. Bu, ermənilərin 2020-ci ilin 10 noyabr bəyanatının müddəalarından boyun qaçırmasıdır. Bunun nəticəsi olaraq həmin ərazilərdə Azərbaycanın onlarla vətəndaşı həlak oldu və yaralandı. Azərbaycan Prezidenti İlham Əliyev keçirdiyi görüşlərdə bu məsələni xüsusi qabardırdı, Ermənistana təzyiq üçün böyük dövlətlərin rəhbərlərinə, beynəlxalq təşkilatlara çağırışlar edirdi. Bu gün əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib. Bu, Prezident İlham Əliyevin növbəti diplomatik uğurudur”.

Demokrat.az
xəbər verir ki, bunu "Pravda.az" saytına açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat qeyd edib ki, xəritəni əldə etməklə Ağdam rayonu ərazisində basıdırılmış 100 mindən çox mina asanlıqla təmizlənəcək: 



“Həmçinin vətəndaşların minalara düşərək yaralanma, həlak olma təhlükəsinin qarşısı alınacaq, dövlət milyonlarla vəsaitə qənaət etmiş olacaq. Xəritə olmadığı təqdirdə minaların təmizlənməsi xeyli müddət və vəsait tələb edir. ABŞ-ın və Avropa İttifaqının təzyiqi nəticəsində ərsəyə gələn bu iş Prezidentin növbəti diplomatik uğurudur. 

Ümid edirik ki, bu siyasətlə digər ərazilərin də xəritələrini əldə edə biləcəyik. Ermənistan Azərbaycanın gücünü qəbul edəcək, onlar ölkəmizin diqtə edən tərəf olduğunu anlayacaqlar, sərhədlərimizi tanıyacaqlar, sülh sazişi imzalamağa məcbur olacaqlar, Zəngəzur dəhlizi ilə bağlı öhdəlikləri yerinə yetirəcəklər. Xəritələrin əldə olunmasına görə möhtərəm cənab Prezident İlham Əliyevə təşəkkürümü bildirir, Qarabağa qayıdışın hamılıqla şahidi olmağımızı arzu edirəm”.


Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top