Tokio-2020: İki karateçimiz lisenziyasız qaldı


İDMAN 12 iyn 2021, 21:56
Azərbaycanın daha iki karateçisi Fransanın paytaxtı Parisdə keçirilən təsnifat turnirində qüvvəsini sınayıb.

Demokrat.az xəbər verir ki, kişilərin mübarizəsində kata növündə Roman Heydərov, qadınlardan isə kumite üzrə Fəridə Abiyeva (61 kq) yarışıb.

6 nəfərlik qrupda 1-ci, 8 nəfərlik qruplarda isə 3 və 5-ci yerləri tutan Heydərov mübarizəni dayandırıb və lisenziya şansını itirib.

Abiyeva isə ilk görüşündə Jaklin Faktosa (Ekvador) 3:1 hesabı ilə qalib gəlsə də, növbəti qarşılaşmada almaniyalı Anna Miqqounun müqavimətini qıra bilməyib. Nəticədə o da lisenziyasız qalıb.



Qeyd edək ki, daha əvvəl Azərbaycanın 3 karateçisi - Rafael Ağayev (75 kq), Firdovsi Fərzəliyev (60 kq) və İrina Zaretska (61 kq) Tokio-2020-də iştirak hüququ qazanıb.(report.az)


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top