Nazirlik hansı avtomobillərin Bakı Olimpiya Stadionuna buraxılacağını açıqladı

İNFRASTRUKTUR 12 iyn 2021, 12:37
“Müəyyən avtomobillər var ki, onların stadion ərazisinə daxil olmasına icazə veriləcək. Həmin avtomobillər oyunların təşkili və keçirilməsi ilə əlaqədar ayrı-ayrı qonaqları daşıyacaqlar”.

Demokrat.az
xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Real" TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, həmin avtomobillər yaradılan mühafizə, təhlükəsizlik tədbirləri ilə bağlı bir neçə yoxlamalardan keçiriləcək: “Daha sonra isə onların stadion ərazisində daxil olmasına icazə veriləcək”.

DİN rəsmisi qeyd edib ki, Bakı Olimpiya Stadionu (BOS) istiqamətinə gələn, eləcə də oyun ərəfəsində bu istiqamətdə küçə və prospektlər boyu avtomobillərin hərəkəti məhdudlaşdırılacaq: “Məqsəd piyadaların, azarkeşlərin stadiona təhlükəsiz şəkildə daxil olmasına şəraitin yaradılmasıdır”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top